Mayda Azərbaycanda deflyasiya qeydə alınıb

Mayda Azərbaycanda deflyasiya qeydə alınıb
# 04 iyun 2013 14:06 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.


Ay ərzində un, qarabaşaq yarması, mal və qoyun əti, toyuq əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, əridilmiş pendir, yağlı kəsmik, yumurta, kərə yağı, zeytun və günəbaxan yağları, limon, banan, alça, çiyələk, kələm, xiyar və pomidor, sarımsaq, şəkər və şəkər tozunun qiymətlərində azalma, xama, qarğıdalı yağı, alma, armud, göyərti, çuğundur, kök, soğanın qiymətlərində artım müşahidə olunub.

May ayında qeyri-ərzaq mallarından geyimin, inşaat materiallarından sulu və yağlı boyaların, parket üçün lakın, sementin, kəsilmiş taxtaların, məişət avadanlıqlarından paltaryuyan maşınların, tozsoranların qiymətləri düşüb, ayaqqabıların, inşaat materiallarından nitro boyanın, pəncərə şüşəsinin, ağac yonqar və lifli lövhələrin, kərpicin, mebellərdən mətbəx üçün masa və kətilin, yataq mebelinin, çarpayının qiymətləri isə yüksəlib.


Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində bahalaşma, ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində isə ucuzlaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR