Gürcüstanın xarici işlər naziri: “Rusiya bölücü siyasətini gücləndirərək davam etdirir”

Gürcüstanın xarici işlər naziri: “Rusiya bölücü siyasətini gücləndirərək davam etdirir”
# 06 dekabr 2013 10:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ATƏT Xarici İşlər Nazirləri Şurasının Kiyevdə keçirilən iclasında çıxışında deyib.

M. Pancikidze ATƏT məkanındakı münaqişələrin həllinin önəminə diqqət çəkərək bu problemlərin artıq qəbul olunmuş sənədlər əsasında sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. O, təəssüf edib ki, nazirlər siyasi istiqamət üzrə Bəyannamə mətnini razılaşdıra bilməyiblər. Nazir Gürcüstanın avrointeqrasiya istiqamətində hərəkət edəcəyini bir daha təkrarlayıb: “Əminik ki, növbəti il bizi Avropa Birliyinə yaxınlaşdıracaq. Gürcü xalqı Avropa Birliyinə inteqrasiya yolundan dönməyib”.

M. Pancikidze Gürcüstanın 2014-cü ildə Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaq niyyətində olduğunu bəyan edib.

Rusiya ilə münasibətlərə toxunan nazirin sözlərinə görə, bu ölkə ilə iqtisadi və mədəni əlaqələr tədricən düzəlsə də, Rusiya bölücü siyasətini gücləndirərək davam etdirir. Belə ki, Gürcüstanın işğal altındakı ərazilərində xalqları və ailələri ayıran sərhədlər çəkilir. M. Pancikidze Rusiyanı 2008-ci il 12 avqust tarixli sazişi yerinə yetirməyə və süni maneələr yaradaraq insanların hüquqlarını pozmağa son qoymağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR