Bakıda anbardan külli miqdarda tikinti  materialları  oğurlamaqda şübhəli bilinən şəxslər tutulub

Bakıda anbardan külli miqdarda tikinti  materialları  oğurlamaqda şübhəli bilinən şəxslər tutulub
# 02 dekabr 2013 07:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda anbarda külli miqdarda tikinti materialları oğurlayan şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Lökbatan qəsəbəsində yerləşən, Bakı şəhər sakini Valeh Rəcəbova məxsus anbardan 40 min manat dəyərində santexnika malları oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Elvin Alxasov və Mehdi Qasımov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR