Misirdə keçirilən prezident seçkilərində sabiq müdafiə naziri qalib gəlir

Misirdə keçirilən prezident seçkilərində sabiq müdafiə naziri qalib gəlir
# 29 may 2014 01:45 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, artıq səkkiz milyon seçki bülleteni hesablanıb, əs-Sisi səslərin 93,4% qazanıb.

Üç gün ərzində keçirilən prezident seçkilərində iki namizəd iştirak edib: Əbdülfəttah əs-Sisi və nasirçi sosialist Hamdeyn Səbbahi.

Əvvəlcə seçkilər iki gün - bazar ertəsi və çərşənbə axşamı keçirilməli idi. Lakin Misir hökuməti seçici fəallığının artırılması məqsədi ilə səsverməni daha bir gün uzatmışdı. Rəsmi nəticələrin gələn həftə açıqlanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR