ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzi: Seçkilər şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirildi - FOTO

ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzi: Seçkilər şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirildi - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 08:40 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzinin müşahidə qrupu Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb. APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında qrupun üzvü, ABŞ-dan olan hüquqşünas Tia Mkittrik deyib ki, qrupun üzvləri Bakıda və Bakıdan kənarda bir çox seçki məntəqələrində müşahidə aparıb.

Qrupun rəyini açıqlayan Müstəqil Siyasi Monitorinq Mərkəzinin rəhbəri Lida Lavsin isə qeyd edib ki, seçki məntəqələrində texniki işlər və səsvermənin təşkili beynəlxalq standartlara cavab verirdi: "Mütəxəssislərimiz heç bir seçki məntəqəsində Seçki Məcəlləsinə zidd hallarla rastlaşmayıb. Seçki zamanı həm yerli, həm də beynəlxalq müşahidəçilər seçkiləri sərbəst şəkildə izləyə bilirdilər. Seçki prosesinin bütün iştirakçıları prosesin tam yüksək səviyyədə təşkil olduğunu bildirib. Məntəqə seçki komissiyalarının üzvləri seçki qanunvericiliyi ilə tam tanış idilər və istənilən sualı izah edə bilirdilər. Mütəxəssislərimiz hər hansı qanun pozuntusu ilə rastlaşmayıblar".

Qrupun digər üzvü, Polşa Seyminin deputatı Andrej Romanek isə bildirib ki, səsvermə tamamilə qanunauyğun şəkildə keçirildi və insanların seçim hüquqları tam təmin olundu: "Biz hansısa qanun pozuntusuna rast gəlmədik. Seçki prosesi yüksək səviyyədə təşkil olunmuşdu və səsvermə prosesi şəffaf keçirilirdi. Müşahidə missiyamızın yekun rəyi ondan ibarətdir ki, seçkilər şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirildi. Seçkilər Azərbaycan vətəndaşlarının iradəsini ifadə etdi və seçicilər öz seçimlərini etdilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR