Xızıda yanğın 30 hektar ərazini əhatə edib

Xızıda yanğın 30 hektar ərazini əhatə edib
# 29 dekabr 2013 22:32 (UTC +04:00)

Bakı-APA. Xızı rayonunda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 37 km aralıda yerləşən Məşədi Həsən kəndində baş verib. Hadisə nəticəsində kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha qamışlıq yanıb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Xızı rayonunun Dizəvər kəndində baş verib. Rayon mərkəzindən 15 km aralıda yerləşən kənddə vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR