«Bank Standard» plastik kart sahibləri üçün uduşlu aksiya keçirir

«Bank Standard» plastik kart sahibləri üçün uduşlu aksiya keçirir
# 30 oktyabr 2013 12:33 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 28-dən noyabrın 30-dək Azərbaycanın «Bank Standard» QSC-nin «Visa» kartı ilə 20 ş.v. məbləğində edilən hər əməliyyat 2014-cü il Qış Olimpiya Oyunlarına (Soçi, Rusiya) səyahət qazandıra bilər. Bankdan «APA-Economics»ə verilən məlumata görə, səyahətə uçuş, qalma, transfer, oyunlara biletlər və qida daxildir.

Soçiyə getmək imkanı əldə edəcək qaliblərin adları dekabrın 5-də keçiriləcək lotereyada məlum olacaq. «Bank Standard Visa» kartı ilə ödəniş edərkən həmçinin üzərində «Visa» və «Bank Standard» simvolikası əks olunmuş suvenirlər qazanmaq mümkündür.

Hədiyyə qazanmaq üçün «Visa» kartları ilə edilən ödənişlərə görə verilən çekləri «Bank Standard»ın 5 ofisindən birinə təqdim etmək lazımdır. Ümumilikdə, 50-99 manat məbləğində edilən əməliyyatlara görə fincan, 100-299 manata görə - idman çantası, 300-599 manat görə - noutbuk üçün çexol və ya çətir, 600 manat və daha çox məbləğdə edilən əməliyyatlara görə isə çanta əldə etmək olar.

Suvenirləri noyabrın 14-dən etibarən bankın filiallarından əldə etmək olar. Hədiyyə verilən suvenirlərin sayı məhduddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR