Azərbaycanda banklar tərəfindən verilən kreditlərin həcmi son bir ildə 28% artıb

Azərbaycanda banklar tərəfindən verilən kreditlərin həcmi son bir ildə 28% artıb
# 15 avqust 2013 14:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Rconomics. Bu il iyul ayının 1-i vəziyyətinə Azərbaycanda banklar tərəfindən verilən və iqtisadiyyatda istifadə olunan kreditlərin həcmi 13,8 mlrd. manata çatıb və keçən ilin müvafiq dövrünə nisbətən 28,3% artıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, kredit qoyuluşunun 34,5%-i dövlət, 62,9%-i özəl banklar, 2,6%-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 76,5%-ni uzunmüddətli kreditlər təşkil edib, 5,7%-nin ödənilmə vaxtı keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR