Nəqliyyat naziri Qaxda vətəndaşları qəbul edəcək

Nəqliyyat naziri Qaxda vətəndaşları qəbul edəcək
# 12 may 2014 14:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Nəqliyyat naziri Ziya Məmmədov mayın 16-da Qax şəhərində Balakən, Zaqatala və Qaxda yaşayan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüş vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi daşıyır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı mayın 14-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq: Qax “16 saylı Yol İstismarı İdarəsi” (Qax şəhəri, Sabir küçəsi-8) Balakən “51 saylı Yol İstismarı İdarəsi” (Balakən şəhəri, 28 may küçəsi, 12)
Zaqatala “17 saylı Yol İstismarı İdarəsi” (Zaqatala rayonu, Yuxarı Tala kəndi).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR