Azərbaycan ərazisində şaxtalı və qarlı hava davam edəcək, yollar buz bağlayacaq

Azərbaycan ərazisində şaxtalı və qarlı hava davam edəcək, yollar buz bağlayacaq
# 31 yanvar 2014 09:07 (UTC +04:00)

Bakı və Abşeron yarımadasında fevralın 1-də arabir qar yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə və səhər gündüz 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında fevralın 1-də arabir qar yağacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 13-18 dərəcə şaxta, 3-8 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR