Azərbaycan kubokunun 1/4 final mərhələsinə yüksələn komandalar müəyyənləşib

Azərbaycan kubokunun 1/4 final mərhələsinə yüksələn komandalar müəyyənləşib
# 04 dekabr 2013 16:01 (UTC +04:00)

Bakı – APA. Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsində qarşılaşacaq cütlüklər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 1/8 final qarşılaşmalarından sonra gələn il mübarizəni davam etdirəcək komandaların adlarına aydınlıq gəlib.


İlk oyunları martın 12-də və 13-də, cavab görüşləri 1 həftə sonra baş tutacaq mərhələdə 4 paytaxt və 4 əyalət klubu mübarizə aparacaq. Maraqlıdır ki, artıq 1/4 finalda 2 paytaxt derbisi gerçəkləşəcək. Həmin cütlüklərin qalibi isə yarımfinalda görüşəcək. Bu isə o deməkdir ki, 4 paytaxt klubundan biri finalda olacaq. Onun rəqibinin əyalət təmsilçisi olacağı artıq dəqiqdir.

1/4 final
“İnter” – “Neftçi”
“Rəvan” – “Bakı”
“Qəbələ” – “Qarabağ”
“Araz Naxçıvan” – “Xəzər Lənkəran”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR