Lənkəran teatrı K.Nəzirlinin «Şeytan işığı» tamaşası ilə Astarada çıxış edib - FOTOSESSİYA

Lənkəran teatrı K.Nəzirlinin «Şeytan işığı» tamaşası ilə Astarada çıxış edib  - <span style="color: red;">FOTOSESSİYA
# 19 aprel 2014 18:01 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası bu gün Astara rayon mədəniyyət evinin səhnəsində yazıçı-dramaturq Kamran Nəzirlinin “Şeytan işığı” tamaşası ilə çıxış edib. APA-nın cənub bürosunun məlumatına görə, müqəddəs ailə dəyərlərinin milli-mənəvi, əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda Azərbaycan vətəndaşlarının mübarizəsini əks etdirən bu səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın xalq artisti Kamran Quliyev, səhnə tərtibatçısı teatrın rejissoru, əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikanın əməkdar artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı isə əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Tamaşada əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, aparıcı aktyorlardan Zemfira Nəcəfova, Qızılgül Quliyeva, Aynur Əhmədova, Niftulla Əsgərov, Əbülfəz Axundov və digərləri ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR