SKMF Sabirabadda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Sabirabadda investisiya layihələrinin qəbuluna başlayıb
# 14 may 2014 09:13 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabirabad rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, sahibkarlar ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, müasir çörək istehsalı müəssisəsinin yaradılması, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması, pendir istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması, intensiv bağçılıq təsərrüfatlarının yaradılması kimi sahələr üzrə nümunəvi layihələri SKMF əldə edə bilər.

Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR