Fələstin lideri İsraili bölgədə hərbi əməliyyatları dayandırmağa çağırıb

Fələstin lideri İsraili bölgədə hərbi əməliyyatları dayandırmağa çağırıb
# 13 mart 2014 09:15 (UTC +04:00)

Bakı-APA. Fələstin lideri Mahmud Abbas İsraili bölgədə hərbi əməliyyatların genişlənməməsi üçün addımlar atmağa çağırıb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə M.Abbasın Ramallahdakı rəsmi nümayəndəsi məlumat yayıb.

Qeyd edək ki, İsrail ərazisi dünən Qəzza sektorundan raket atəşinə məruz qalıb. Buna cavab olaraq İsrail aviasiyası Fələstin ərazisində 29 obyektə zərbə endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR