Masallı sakini oğurluq faktına görə yaxalanıb

Masallı sakini oğurluq faktına görə yaxalanıb
# 02 may 2014 11:44 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunda oğurluq faktının üstü açılıb.

Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, bu ilin aprel ayının 14-nə keçən gecə Masallı şəhər sakini, 1947-ci il təvəllüdlü Yaşar Şirinovun evindən pəncərədən girmək yolu ilə, onun 300 ABŞ dolları və 50 manat məbləğində pulu oğurlanıb. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Masallı şəhər sakini, 1996-cı il təvəllüdlü İzzət Əhmədzadə tərəfindən törədildiyi müəyyənləşdirilib. İ.Əhmədzadə şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR