Argentina İsveçrəni çətinliklə məğlub edərək DÇ-nin 1/4 finalına yüksəlib - VİDEO

Argentina İsveçrəni çətinliklə məğlub edərək DÇ-nin 1/4 finalına yüksəlib  - <span style="color: red;">VİDEO
# 01 iyul 2014 20:45 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, bu dəfə Argentina İsveçrə ilə kimin güclü olduğunu müəyyənləşdirməyə çalışıb. Oyundan əvvəl favorit Cənubi Amerika təmsilçisi göstərilirdi. Statistikada da İsveçrənin Argentina ilə keçirdiyi 6 qarşılaşmanın heç birində qalib gəlmədiyini görmək mümkündür. Belə ki, 4 dəfə ikiqat dünya çempionları qalib gəlibsə, 2 matçda üstün tərəf müəyyənləşməyib. İsveçrə Argentinaya qol vurmaqda da çətinlik çəkir. Avropalıların 3 qoluna argentinalılar 14 qolla cavab verib.

Bu oyunda da argentinalılar üstün olublar. Bütün oyun boyu hücum edən Argentina yığması qələbə topunu ancaq əlavə olunmuş vaxtda - 118-ci dəqiqədə vurub. Qeyd edək ki, Argentina DÇ-nin 1/4 final mərhələsində Belçika-ABŞ cütlüyünün qalibi ilə qarşılaşacaq.

1 iyul, 1/8 final

Argentina - İsveçrə - 1:0

Qol: Di Maria, 118

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR