Vaşinqtonda Türkiyə səfirliyi qarşısında ermənilərin keçirmək istədikləri aksiya baş tutmayıb

Vaşinqtonda Türkiyə səfirliyi qarşısında ermənilərin keçirmək istədikləri aksiya baş tutmayıb
# 26 aprel 2014 08:12 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Vaşinqtonda Türkiyə səfirliyi qarşısında ermənilərin keçirmək istədikləri aksiya baş tutmayıb. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, çox sayda türk və azərbaycanlının gecədən səfirlik binası qarşısına toplaşması ermənilərin aksiyasının qarşısını alıb.

Aksiya iştirakçıları səfirlik binasının ətrafına Türkiyə, Azərbaycan və şərqi Türküstan bayraqları asıb, «Uşaqlarınızı yalanlarla böyütməyi buraxın!», «Erməni yalanlarına son verin!» plakatları ilə səfirliyin binası qarşısına toplaşıblar.

Ermənilər isə əllərində Türkiyəni ittiham edən plakatlarla səfirliyin qarşı tərəfində etiraza cəhd göstəriblər.

Ermənilərin Türkiyənin konsulluqları önündə aksiya keçirməmələri üçün Axısxa türkləri Türkiyənin Çikaqo şəhərindəki baş konsulluğu önünə toplaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR