Bakıda Azərbaycan–Niderland biznes forumu keçirilib - FOTO

Bakıda Azərbaycan–Niderland biznes forumu keçirilib - <span style="color: red;">FOTO
# 24 aprel 2014 13:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycan–Niderland biznes forumu keçirilib.

APA-Economics”in məlumata görə, Niderland Krallığı Senatının üzvü Rene van der Lindenin rəhbərlik etdiyi iş adamlarından nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşdə hər iki ölkənin sahibkarlıq təşkilatları arasında mövcud vəziyyət dəyərləndirilib. Gələcək əməkdaşlıq imkanları və yeni layihələr barəsində fikir mübadiləsi aparılıb.

ASK-nın prezidenti Məmməd Musayev hər iki ölkənin iş adamlarının iştirak etdiyi görüşün faydalı olacağına ümidvar olduğunu bildirib. O deyib ki, ölkələr arasında mövcud iqtisadi əlaqələr uğurla inkişaf edir: “Ölkəmizdə iqtisadiyyatın müxtəlif sektorlarında yüzdən artıq holland şirkətləri, iş adamları fəaliyyəti göstərir”.

Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndiyini diqqətə çatdıran M. Musayev bildirib ki, ölkəmizdə əlverişli biznes və investisiya mühiti hökm sürür.

O, iki ölkə sahibkarlarının qarşılıqlı əməkdaşlığı üçün ASK-nın lazımı dəstək verəcəyini vəd edib. ASK prezidenti biznes forum zamanı Niderland iş adamları fəal əməkdaşlığa dəvət edib.

Görüş zamanı konfederasiyanın nəzdində fəaliyyət göstərən “ASK Biznes Konsaltinq” MMC-nin haqqında da qonaqlara ətraflı məlumat verilib. Qeyd olunub ki, “ASK Biznes Konsaltinq şirkəti” xarici şirkətlərin, iş adamlarının ölkəmizdə biznes fəaliyyəti üçün rəsmi qeydiyyatdan keçməsini, onlara biznes tərəfdaşların tapılmasını, biznes forumların, görüşlərin təşkilini və digər konsaltinq xidmətlərinin yüksək səviyyədə təmin edilməsini həyata keçirir.

Rene van der Linden ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə söz verib.

Qeyd edək ki, forumda rəsmi şəxslərlə yanaşı, nəqliyyat, dəniz nəqliyyatı, sənaye, təhsil, səhiyyə, konsaltinq və digər sahələri təmsil edən Niderland şirkətləri, habelə 50-dən çox yerli iş adamları da iştirak edib.

Forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR