Kamçatkada 20 yaşlı Azərbaycan vətəndaşını qətlə yetirməkdə ittiham olunan şəxsin məhkəməsi başlayır

Kamçatkada 20 yaşlı Azərbaycan vətəndaşını qətlə yetirməkdə ittiham olunan şəxsin məhkəməsi başlayır
# 25 noyabr 2013 11:22 (UTC +04:00)

APA-nın Rusiya Prokurorluğunun saytına istinadən verdiyi məlumata görə, həmin şəxs Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsi (insanın ölümünə səbəb olan ağır bədən xəsarətlərin yetirilməsi) üzrə ittiham olunur.

İstintaq məlumatlarına əsasən, 2013-cü il avqustun 5-də içkili vəziyyətdə olan 37 yaşlı Yelizovo şəhər sakini hava limanının yaxınlığında yerləşən parkda 20 yaşlı Azərbaycan vətəndaşına qarın və ürək nahiyəsindən bıçaqla xəsarətlər yetirib. Azərbaycan vətəndaşı aldığı yaralardan iki saat sonra xəstəxanada dünyasını dəyişib.

Qətlin səbəbi kimi parkda sevgilisi ilə oturan azərbaycanlının onların yanında oturan həmin kişidən bir qədər kənarda oturmağı xahiş etməsi göstərilir. Bu qətlə görə Yelizovo sakini 15 il həbs cəzası ala bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR