Bakıda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib - FOTO - VİDEO

Bakıda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 iyun 2014 04:01 (UTC +04:00)

APA TV-nin məlumatına görə, yol qəzası Babək prospektində baş verib.

"Hyundai" markalı avtomobilin sürücüsü Vüqar Abbasov maşını yolun kənarında saxlayıb və qarpız almaq üçün avtomobili tərk edib.

Bu zaman yüksək sürətlə hərəkət edən "Lada" markalı avtomobil arxadan "Hyundai"-yə çırpılıb. O isə qarşıda dayanan yük maşınına dəyib. "Lada"nın sürücüsü maşını qoyaraq hadisə yerindən uzaqlaşıb.

Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar. "Lada"nın sürücüsünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR