Gürcüstanda tapılmış 42 milyard kubmetr qaz ehtiyatı olan yataqdan qazın hasilatına başlanılıb

Gürcüstanda tapılmış 42 milyard kubmetr qaz ehtiyatı olan yataqdan qazın hasilatına başlanılıb
# 19 iyun 2014 20:56 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland da iştirak edib.

Şirkətin icraçı direktoru Stiv Nikadros jurnalistlərə açıqlamasında onun rəhbərlik etdiyi “PRONTERA” şirkətinin 1997-ci ildən Gürcüstanda fəaliyyət göstərdiyini və təbii qaz tapılan yerdə 2011-ci ildən kəşfiyyat işlərinin aparıldığını bildirib: “Bu gün tarixi hadisədir. Biz indiyədək Gürcüstana 400 milyon dollar investisiya yatırmışıq. Bu investisiyanın nəticəsi olaraq, biz bu gün 42 milyard kubmetr qaz ehtiyatı olan yatağın ilk məhsulunu boruya ötürdük. İnanıram ki, bu tapıntı gələcəkdə Gürcüstanın qaz hasilatı sahəsində müstəqil olmasına böyük imkanlar yaradacaq”.

ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland çıxışında Gürcüstanın gələcəkdə qaz ixrac edən ölkəyə çevriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR