Respublikanın baş infeksionisti Azərbaycanda insanlar arasında qrip xəstəliyinin yayılması ilə bağlı son durumu açıqlayıb

Respublikanın baş infeksionisti Azərbaycanda insanlar arasında qrip xəstəliyinin yayılması ilə bağlı son durumu açıqlayıb
# 23 oktyabr 2013 12:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Respublikanın baş infeksionisti Namiq Əliyev Azərbaycanda insanlar arasında qrip xəstəliyinin yayılması ilə bağlı son vəziyyəti açıqlayıb.

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, respublikanın baş infeksionisti Namiq Əliyev APA-ya açıqlamasında bildirib ki, hazırda ölkədə payız-qış mövsümünün gəlməsi ilə əlaqədar olaraq mövsümü qrip müşahidə edilir.

Onun sözlərinə görə, bu il də mövsümi virus baş qaldırıb və insanlar arasında yayılıb: “Lakin hazırda qriplə bağlı vəziyyət təhlükəli deyil. İnsanlar arasında müşahidə olunan virus A qrupuna daxil olan virusdur. İnsanlar qızdırma, boğaz ağrısı, öskürmə hiss etdikdə, bu barədə mütləq həkimə müraciət etsinlər. Çünki bu xəstəlik vaxtında heç bir problemi olmaz. Amma qrip vaxtında müalicə olunmazsa, xroniki-bronxit, ağciyərin ikitərəfli iltihabı, nadir hallarda pnevmoniya və bu kimi digər xəstəliklərə səbəb ola bilər”.

N.Əliyev qeyd edib ki, qrip virusu adətən payız-qış aylarında yayılır. Onun sözlərinə görə, nadir hallarda yaz aylarında insanlar arasında qripi müşahidə etmək olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR