«Elmlər Akademiyası» metro stansiyasının ikinci çıxışı 2015-ci ilin əvvəlində istifadəyə veriləcək

«Elmlər Akademiyası» metro stansiyasının ikinci çıxışı 2015-ci ilin əvvəlində istifadəyə veriləcək
# 18 oktyabr 2013 11:22 (UTC +04:00)

Hazırda ərazidə qazma işləri aparılır, əlavə tunellər qazılır. Bunu «APA-Economics»ə açıqlamasında Bakı Metropolitenin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov bildirib.

Onun sözlərinə görə, hazırda eskalator tunellərinin qazma işləri aparılır: «Ən mürəkkəb işlərə indi başlamışıq. Çətinliklərdən biri də ondan ibarətdir ki, «Elmlər Akademiyası» stansiyasının fəaliyyəti davam edir. Stansiya işləyə-işləyə tikinti işlərini aparmaq çox çətindir. Ona görə də bu stansiyanın ikinci çıxışının istismara verilməsi 2015-ci ilin əvvəlinə çəkəcək».

R.Bayramov bildirib ki, stansiyada əlavə 4 çıxışın tikintisi planlaşdırılır. Burada həm pilləkənlər, həm də eskalatorlar olacaq: «Bu stansiyanın ikinci çıxışı «İnşaatçılar» stansiyasının çıxışı kimi layihələndiriləcək. Həmin 4 çıxışın ikisi Bakı Dövlət Universitetinə, digər ikisi isə avtomobil yollarına çıxacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR