“Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı 81-ə çatıb

“Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı 81-ə çatıb
# 29 may 2014 13:51 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən yayımlanan televiziya kanallarının sayı artıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hazırda peyk vasitəsi ilə 81 televiziya kanalı və eləcə də 16 radio izləyicilərə təqdim olunur.

Qeyd edək ki, “Azerspace-1” telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları vasitəsilə, dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə bilər. Peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR