Səhiyyə Nazirliyinin növbəti yeni elektron xidməti istifadəyə verilib

Səhiyyə Nazirliyinin növbəti yeni elektron xidməti istifadəyə verilib
# 27 may 2013 08:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin yeni elektron xidməti istifadəyə verilib. Nazirlikdən APA-ya verilən xəbərə görə, yeni xidmətə əsasən, daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu internet vasitəsilə aparılacaq. Elektron xidmətin göstərilməsi üçün fiziki və hüquqi şəxslərdən tələb olunan sənədlər və onların təqdim olunma forması eynidir. Belə ki, onlar şəxsiyyət vəsiqəsi, ərizə, sanitariya epidemioloji xidmətin mütəxəssisləri tərəfindən götürülmüş məhsulun nümunəsinin aktını təqdim etməlidirlər. Bundan əlavə, istehsal olunan yeyinti və digər məhsulları üçün əlavə olaraq, istehsalçı müəssisənin sanitariya norma və qaydalarının tələblərinə uyğunluğu haqqında ərazi dövlət sanitariya nəzarəti orqanının sanitariya müayinə aktı, ixrac olunan yeyinti məhsulları üçün əlavə olaraq müqavilənin sürəti, istehsalçı ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş yeyinti məhsulun mənşəyini və təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın notarial qaydada təsdiq edilmiş tərcüməsini elektron şəkildə göndərilir.

Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanlarından yüklənərək doldurulur və tələb olunan digər sənədlərin skan edilmiş surətləri ilə birlikdə elektron formada göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR