InvestAZ Bakı Fond Birjasında ən böyük həcmdə istiqraz yerləşdirilməsinə brokerlik edib

InvestAZ Bakı Fond Birjasında ən böyük həcmdə istiqraz yerləşdirilməsinə brokerlik edib
# 06 may 2014 08:41 (UTC +04:00)

Bakı – APA-Economics. Bu günlərdə “Cənub Qaz Dəhlizi” QSC-nin istiqrazlarının emissiyası prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən qeydə alınıb. İstiqrazlar kütləvi satış üsulu ilə Bakı Fond Birjasında (BFB) satışa çıxarılıb, alıcı tərəfi təmsil edən broker şirkəti olaraq InvestAZ investisiya şirkəti seçilib. Emissiyanın ilkin buraxılışının tam həcmini Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) əldə edib.

İstiqrazların emissiya həcmi 917 320 800 ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı 9 173 208 ədəd, bir istiqrazın nominal dəyəri isə 100 ABŞ dolları təşkil edir. Bu BFB-da həcminə görə keçirilmiş ən böyük əqddir.

İstiqrazların tədavül müddəti 10 il istiqraz üzrə gəlirlilik 6 aylıq Libor +1%, faiz ödəniş dövrünün müddəti hər 6 aydan bir müəyyən olunub.

Qeyd edək ki, InvestAZ şirkəti QKDK tərəfindən broker və diler fəaliyyəti üzrə lisenziyalaşdırılmış investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. BFB və Borsa İstanbulun səhmdarı və üzvüdür.

Şirkətin əsas xidmətləri sırasına:

- Broker fəaliyyəti üzrə (Səhmlər, Foreks, CFD, Fyuçerslər və Əmtəələr) dünya və yerli bazarlara çıxış imkanı;

- BFB və BİS birjalarında Listinq və Kütləvi Yerləşdirmə xidmətləri üzrə eyni zamanda çıxış imkanı;

- Aktivlərin İdarə Edilməsi üzrə Portfel və Fond idarəçiliyi;

- İnvestorların maarifləndirilməsi və treyninqlərin təşkili.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR