Rusiyanın Pskov vilayətində baş vermiş partlayış nəticəsində 6 hərbçi həlak olub

Rusiyanın Pskov vilayətində baş vermiş partlayış nəticəsində 6 hərbçi həlak olub
# 22 oktyabr 2013 19:17 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Pskov şəhəri yaxınlığında hələlik müəyyən olunmayan qurğunun partlaması nəticəsində 6 hərbçi həlak olub, 2 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edək ki, insident Pskov vilayətinin Struqi Krasnıye yaşayış məntəqəsində yerləşən 714-cü poliqonda, Hərbi Hava-Desant Qoşunlarının hərbçiləri təlim atışından qayıdarkən baş verib.

Mənbənin məlumatına görə, hərbi sursatın partlaması nəticəsində ölənlərdən 5-i Ryazan ali hava-desant hərbi məktəbinin kursantları, 1 nəfər isə kontrakt əsasında qulluq çəkən hərbçi olub.

Hadisə yerinə Rusiya Hərbi Hava-Desant Qoşunlarının komandanı Vladimir Şamanov gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR