Fransanın sabiq prezidenti Nikolya Sarkozi yenidən siyasətə qayıda bilər

Fransanın sabiq prezidenti Nikolya Sarkozi yenidən siyasətə qayıda bilər
# 11 dekabr 2013 19:58 (UTC +04:00)

Bakı-APA. Fransanın sabiq prezidenti Nikolya Sarkozi yenidən siyasətlə məşğul ola biləcəyini açıqlayıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə xəbər “Le Point” jurnalının saytında yer alıb.

“Söhbət siyasətə qayıtmaq istəyib-istəmədiyimi müəyyən etməkdən getmir. Axı mən siyasətə qayıtmaya bilmərəm. Mənim seçimim yoxdur, bu tale məsələsidir”, - deyə Sarkozi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR