ABŞ Dövlət Departamenti: İrana qarşı sanksiyaların ləğvi mübahisəli məsələ olaraq qalır

ABŞ Dövlət Departamenti: İrana qarşı sanksiyaların ləğvi mübahisəli məsələ olaraq qalır
# 18 oktyabr 2013 09:47 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ-la İran arasında sanksiyaların aradan qaldırılması mübahisəli məsələ olaraq qalır.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

Onun sözlərinə görə, ABŞ hökumətinin bu mövzuda hər bir qərarı İranın atacağı addımlarla mütənasib olacaq.

C.Psaki deyib ki, rəsmi Vaşinqton və Tehran sanksiyaların ləğv olunması barədə razılığa gəlməyiblər: “Əgər sanksiyaların ləğv edilməsi ilə bağlı qərar olarsa, onda İran nüvə proqramını məhdudlaşdırmalıdır. Hazırda Barak Obama administrasiyası ABŞ Konqresinin İrana qarşı əlavə sanksiyalar tətbiq etməklə bağlı qərarının qarşısını almaq istəyir”.

ABŞ rəsmisi həmçinin İranla “altılıq” ölkələri arasında oktyabrın 15-16-da Cenevrədə keçirilmiş müzakirələrin müsbət olduğunu vurğulayıb: “Biz indiyədək İranla bu səviyyədə texniki və ətraflı müzakirələr aparmamışdıq. İran ilk və son addımlarını konkret olaraq açıqlayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR