İyulun 1-dən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanacaq

İyulun 1-dən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanacaq
# 25 iyun 2014 10:08 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbul zamanı seçim məqsədilə Bakı şəhərinin ən yaxşı məktəbləri barədə ətraflı məlumat veriləcək.

Azərbaycanda ilk dəfə olaraq dövlət ümumtəhsil məktəbləri arasında Beynəlxalq Bakalavriat Proqramının (BBP) tətbiq edildiyi 6 nömrəli məktəb-lisey yeni tədris ili üzrə ingilis bölməsinə şagird qəbulu elan edir. Tədris ingilis dilində olan Beynəlxalq Bakalavriat Proqramı (www.ibo.org) çərçivəsində təhsil bir neçə mərhələyə - PYP-ibtidai, MYP-V-IX siniflər, DP-diplom proqramı X-XI siniflər üzrə bölünür. İbtidai və diplom proqramı üzrə təhsilin tətbiq olunduğu 6 nömrəli məktəb-liseydə bu ildən etibarən MYP-V-IX siniflər üzrə də qəbul aparılacaq. Təhsil müəssisəsini bitirən məzunlara BBP diplomu ilə bərabər, Azərbaycanın ümumtəhsil məktəblərinin məzunlarına verilən sənəd - attestat da təqdim olunur. BBP diplomu alan məzunlar dünyanın 130-dan çox ölkəsinin ən nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanırlar.

Təhsil müəssisəsinə sənədlərin qəbulu və müsahibə prosesi 27 iyun tarixindən 15 iyul tarixinədək həftənin I-V günləri saat 09:00-dan 13:00-dək aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR