Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçirilir

Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçirilir
# 10 dekabr 2013 09:08 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Bu gün Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası başlayıb.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda bu ölkənin nümayəndə heyətinə neft və qaz nazirinin müavini Maqzum Mirzaqaliyev başçılıq edir.

Tədbir çərçivəsində Maqzum Mirzaqaliyev Azərbaycanın energetika naziri Natiq Əliyev, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşləri gözlənilir.

İki gün davam edəcək iclasında sonunda bir sıra sənədlərin imzalanması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR