Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda tıxac davam edən küçələrin adlarını açıqlayıb - YENİLƏNİB

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda tıxac davam edən küçələrin adlarını açıqlayıb - <span style="color: red;">YENİLƏNİB
# 24 sentyabr 2013 08:06 (UTC +04:00)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, hazırda Ziya Bünyadov prospekti, metronun “Koroğlu” stansiyasından şəhər istiqamətinə, Babək prospekti şəhər və əks istiqamətdə, Afiyyəddin Cəlilov küçəsi, Təbriz küçəsindən Nərimanov metro stansiyası istiqamətində və əks istiqamət tıxac müşahidə olunur.

***

11:06

Bakı. Fuad Cəfərov -APA. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının əsas küçə və prospektlərində yaranan tıxacla bağlı məlumat açıqlayıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, gecə yağan güclü yağış səbəbindən bu gün paytaxtın Heydər Əliyev prospekti (şəhər istiqaməti), Babək prospekti (şəhər istiqaməti), Yusif Səfərov küçəsi (şimal istiqaməti) və Badamdar şossesində (şəhər istiqaməti) tıxac müşahidə olunmaqdadır. Sürücülərə bu yollardan mümkün qədər az istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR