Şəkidə baş verən ağır yol qəzasında ata ölüb, iki oğlu isə ağır xəsarət alıb - VİDEO

Şəkidə baş verən ağır yol qəzasında ata ölüb, iki oğlu isə ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2013 16:32 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhərinin Salman Mümtaz küçəsində qeydə alınıb. Şəki şəhər sakini, 1990-cı il təvəllüdlü Hacıyev İsmayıl Məmməd oğlunun idarə etdiyi 99 DO 855 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə Şəki rayonu Kiş kənd sakini İlyasov Bəhram Yasin oğlunun idarə etdiyi 55 BJ 725 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı avtomobil toqquşub.

Zərbənin təsirindən “Mitsubishi” yol kənarında dayanmış 55 BA 839 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilə çırpılıb.

Qəza nəticədə “Mitsubishi”nin sürücüsü Bəhram Yasin oğlu İlyasov və avtomobildəki sərnişin, sürücünün qardaşı Mənsur İlyasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobildə olan digər sərnişin - Bəhram və Mənsur İlyasovların atası, 1951-ci il təvəllüdlü Yasin İsgəndər oğlu İlyasov isə hadisə yerində ölüb.

Xəsarət alanlar dərhal Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Qəza nəticəsində Yasin İlyasovun avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR