Azərbaycanla Honduras maliyyə nazirləri əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Honduras maliyyə nazirləri əməkdaşlıq imkanlarını müzakirə edib
# 08 may 2014 12:28 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov mayın 8-də Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, S. Şərifov ölkəmizin regional və beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirak etdiyini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.

Nümayəndə heyətinin tərkibində təmsil olunan Hondurasın maliyyə naziri Vilfredo Serrato Rodriqez iki ölkə arasında qısa vaxt ərzində yaranan uğurlu tərəfdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edərək, bu əlaqələrin maliyyə sahəsində daha da möhkəmlənməsi istiqamətində yaxşı imkanlar olduğunu vurğulayıb.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, qiymətli kağızlar, tibbi sığorta, enerji, maliyyə və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb və iqtisadi-ticari əlaqələrin gələcək inkişafı və xüsusilə maliyyə sektorunda əməkdaşlığın potensialına qarşılıqlı inam ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR