Daşkəsən, Xaçmaz və Şirvanda qaz problemi olacaq

Daşkəsən, Xaçmaz və Şirvanda qaz problemi olacaq
# 31 iyul 2013 08:43 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Daşkəsən və Xaçmaz rayonlarına, həmçinin Şirvan şəhərinin bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, saat 18:00-dək «Daşkəsən» Avtomatik Qazpaylayıcı Stansiyasında, «Hacıqabul-2» Qazpaylayıcı Stansiyasından qidalanan «Cihazlar zavodu» ölçü qovşağında, saat 17:00-dək isə «Xaçmaz» Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan Xaçmaz rayonunu təbii qazla təmin edən qaz kəmərində və «Xudat» ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

«Azəriqaz» bildirilib ki, qazın verilişində fasilələrin yaranmasına səbəb qaz kəməri və ölçü qovşaqlarında təmir işlərinin aparılması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR