Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda seçki prosesi davam edir

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda seçki prosesi davam edir
# 09 oktyabr 2013 14:24 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda seçki prosesi davam edir.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, diplomatik nümayəndəlikdə yaradılmış seçki məntəqəsində səsverməyə hazırlıq işləri yerli vaxtla saat 07.50-də başa çatdırılıb və saat 08.00-da seçki məntəqəsi səsverməyə açıq elan edilib.

Azərbaycanın Baş Konsulluğunun konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan və seçki məntəqəsində siyahıya alınmış seçicilərin sayı 88 nəfər təşkil edir: “Səsvermədə seçicilərin fəallığı nəzər çarpır və artıq seçicilərin 60 faizindən çoxu məntəqəyə gələrək öz səsini verib”.

Hazırda səsvermə prosesi normal şəkildə davam edir. Səsvermənin yerli vaxtla saat 19.00-da başa çatdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR