Dow Jones indeksi 0,6%, S&P 500 0,3%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,3%, Nasdaq 0,6% yüksəlib
# 25 oktyabr 2013 06:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 15 509 bəndədək, S&P 500 0,3% - 1 752 bəndədək, Nasdaq 0,6% - 3 929 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə müsbət makroiqtisadi xəbərlər təsir edib. Belə ki, ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı azalıb, xarici ticarətin kəsiri avqust ayında 0,4% artaraq 38,8 mlrd. dollara çatıb, halbuki analitiklər bu göstəricini 39,4 mlrd. dollar həcmində proqnozlaşdırırdılar.

Avropa fond bazarlarında oktyabrın 24-də FTSE 100 indeksi 0,6% - 6 713 bəndədək, Almaniya DAX-ı 0,7% - 8 981 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 4 276 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 343,40 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3815 dollar (+0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR