“Bolkart” sahibləri üçün “2 il sevirik, sevilirik” aksiyası başlayır

“Bolkart” sahibləri üçün “2 il sevirik, sevilirik” aksiyası başlayır
# 11 oktyabr 2013 09:30 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank of Baku” “Bolkart” kredit kartının dövriyyəyə buraxılmasının 2 illiyi münasibətilə kart sahibləri üçün “2 il sevirik, sevilirik” aksiyasına başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya çərçivəsində 150 mindən çox “Bolkart” sahibini müxtəlif kampaniya, uduşlu müsabiqə və yeni fürsətlər gözləyir.

“Sevirik, sevilirik” aksiyasında kart sahibləri daha əlverişli şərtlərlə və yeni məkanlarda alış-veriş imkanı, hədiyyələr, bayram öncəsi nağd vəsait əldə edəcək və digər üstünlüklər qazanacaq. “Bolkart” sahiblərindən yalnız bu aksiyada fəal iştirak etmək tələb olunur.

“Bank of Baku”ya məxsus olan “Bolkart” Azərbaycanın hissə-hissə ödənişli ilk kredit kartıdır. “Bank of Baku” “Bolkart”ı 2011-ci ilin oktyabr 19-da kütləvi dövriyyəyə buraxıb. Ötən qısa müddət ərzində “Bolkart” böyük populyarlıq qazanıb və bu gün liderliyini əminliklə saxlamaqdadır.

“Bolkart”la ölkənin geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. “Bolkart MasterCard”dan isə xarici ölkələrdə və internetdə də geniş istifadə etmək olar. Tam siyahı ilə www.bolkart.az saytından tanış olmaq olar. “Bolkart”ın maksimal balansı 5 min manata qədərdir. “Bolkart”ı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də “Bank of Baku”nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.

“Bolkart”ın əsas üstünlüyü alınan malın dəyərini 1, 3, 6 və ya 12 aya bərabər hissələrə bölüb ödəmək imkanından ibarətdir. “Bolkart” müştəriyə pulsuz təqdim edilir. “Bolkart” sahibləri yalnız alış-veriş etməklə kifayətlənmir, onlar həmçinin kartlarını vaxtaşırı nağdlaşdırma imkanı da əldə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR