Əhməd Davudoğlu: “İrana qarşı sanksiyaların ləğvindən sonra enerji ehtiyatlarının qiyməti düşəcək və Türkiyə ucuz enerji ala biləcək”

Əhməd Davudoğlu: “İrana qarşı sanksiyaların ləğvindən sonra enerji ehtiyatlarının qiyməti düşəcək və Türkiyə ucuz enerji ala biləcək”
# 09 dekabr 2013 09:52 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyə Qərbin İrana tətbiq etdiyi bütün sanksiyaların aradan qaldırılmasını dəstəkləyir. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, Qərbin İrana tətbiq etdiyi sanksiyaları ləğv etməsi ilə enerji ehtiyatlarının qiymətləri də düşəcək və beləliklə, Türkiyə İranın qonşusu olaraq ucuz enerji ala biləcək.

Ə. Davudoğlu İranın böyük təbii qaz ehtiyatlarına sahib olduğunu xatırladıb: “İrana qarşı sanksiyaların aradan qaldırılması iki ölkə arasındakı ticarət əlaqələrini də inkişaf etdirəcək. Ona görə də sanksiyaların ləğv edilməsini dəstəkləyirik”.

Nazir İran-Türkiyə əlaqələrinin əhəmiyyətinə də toxunub: “Türkiyə bəzən İranla böyük fikir ayrılıqları yaşayır. Ancaq İranla əlaqələri kəsmirik və hər fürsətdə bu ölkənin rəsmiləri ilə telefonla danışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR