Emoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib

Emoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib
# 03 aprel 2014 11:50 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Tacikistan prezidenti Emoməli Rəhmonun ölkəmizə səfərini xatırladan prezident bu səfərin əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib. Dövlət başçısı ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Öz növbəsində, S. Aslov prezident E. Rəhmonun Azərbaycan prezidenti İ. Əliyevi Tacikistana rəsmi səfərə dəvət məktubunu dövlət başçısına təqdim edib.

Görüşdə Azərbaycanla Tacikistan arasında əməkdaşlıq üçün yaxşı hüquqi bazanın mövcudluğu vurğulanıb, ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR