Sabirabadda vətəndaşların evindən oğurluq edən şəxs tutulub - VİDEO

Sabirabadda vətəndaşların evindən oğurluq edən şəxs tutulub - <span style="color: red;">VİDEO
# 07 oktyabr 2013 07:01 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı. Sabirabad rayon sakini müxtəlif vaxtlarda vətəndaşların evindən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsinin (PŞ) Cinayət Axtarış Bölməsinin rəisi Vüsal Şəbəndiyev bildirib.

Oğurluğa görə dörd dəfə məhkum olunmaqla ümumilikdə 19 il cəza çəkmiş 1976-cı il təvəllüdlü Abbasov Elxan Sədirxan oğlu 2012-2013-cü illərdə rayon sakinlərinin evindən qızıl-zinət əşyaları oğurlayıb.

Oktyabrın 1-də M. Xəlilov küçəsi, ev-19-da yaşayan Fərəcov Seymur Rafiq oğluna məxsus yaşayış evindən 2 ədəd diplom, 1 ədəd nikah və bir neçə doğum haqqında şəhadətnamə, maaş və pensiya kartları oğurlanıb. Həmin işə görə saxlanılan E. Abbasovun araşdırmalar zamanı digər oğurluq əməlləri üzə çıxıb. Məlumata görə, oktyabrın 5-də rayonun Vidadi küçəsi ev-165-də yaşayan İsmayılov Elçin Eldar oğluna məxsus yaşayış evindən 7600 manat dəyərində qızıl-zinət əşyaları və 900 manat məbləğində pul oğurlanması E. Abbasovun sonuncu oğurluq əməli olub.

Digər oğurluq əməlləri də məlum olan E. Abbasovun başqa oğurluq hadisələrində iştirak edib-etmədiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR