Qırğızıstanda Azərbaycan vətəndaşının adına olan saxta pasportla Türkiyəyə uçmaq istəyən şəxs saxlanılıb

Qırğızıstanda Azərbaycan vətəndaşının adına olan saxta pasportla Türkiyəyə uçmaq istəyən şəxs saxlanılıb
# 11 aprel 2014 11:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Qırğızıstan polisi Bişkekdən Azərbaycan vətəndaşının adına olan pasportla Türkiyəyə uçmaq istəyən və İnterpol xətti ilə axtarılan şəxsi saxlayıb. APA-nın “Kazinform” agentliyinə istinadən yaydığı məlumata görə, saxlanılan şəxs Qazaxıstan vətəndaşı, 1961-ci il təvəllüdlü Hüseynov Yusif Polad oğludur. O, digər dövlətlər vasitəsi ilə Qazaxıstana Əfqanıstandan narkotiklərinin tranzitinin təşkilində şübhəli bilinir.

Cinayət işinin materiallarına əsasən 2010-cu ilin aprelində Qazaxıstan təhlükəsizlik orqanlarının əməkdaşları Petropavlovskda Əfqanıstandan gətirilən 45 kq həşiş aşkarlayıb. Bu zaman təşkilatçılardan olan Y. Hüseynov hüquq-mühafizə orqanlarından gizlənə bilib. Ötən müddətdə onun Qırğızıstanda və Özbəkistanda olduğu ehtimal olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR