İranda 4 nəfər edam edilib

İranda 4 nəfər edam edilib
# 14 fevral 2014 09:24 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda 4 nəfər edam edilib.

APA-nın verdiyi məlumata görə, edamlardan ikisi İranın Fars vilayətində, ikisi də Məşhəd vilayətində dara çəkilib. Məhbuslardan üçü qətldə, biri isə təcavüzdə günahlandırılıb.

Onlardan ikisi Şiraz şəhərində əhalinin gözü qarşısında, digər ikisi isə Məşhəd şəhərinin Vəkilabad həbsxanasında edam olunub. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 13-də səhər saatlarında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR