Nəqliyyat naziri Gəncədə vətəndaşlarla görüşəcək

 Nəqliyyat naziri Gəncədə vətəndaşlarla görüşəcək
# 01 oktyabr 2013 08:24 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Nəqliyyat naziri Ziya Məmmədov vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə oktyabrın 4-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. Saat 12:00-da Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə, Naftalan, Mingəçevir şəhərləri, Goranboy, Göygöl, Samux, Ağdam, Yevlax, Bərdə, Tərtər, Kəlbəcər rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilər.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı oktyabrın 2-də saat 09:00-dan 18:00-dək şəhər və rayonların müvafiq qurumlarında (yol istismarı idarələrində) aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR