Məşhəddə Orta Şərqin ən iri nüvə tibb mərkəzinin açılışı olub

Məşhəddə Orta Şərqin ən iri nüvə tibb mərkəzinin açılışı olub
# 23 sentyabr 2013 07:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Məşhəd şəhərində Orta Şərqin ən iri nüvə tibb mərkəzinin açılışı olub.

APA-nın İRİB-ə istinadən məlumatına görə, mərkəz Məşhədin yüksək ixtisaslı Rəzəvi xəstəxanasında istifadəyə verilib.

Xəstəxananın baş həkimi Səid Əbdül-Hüseyni Orta Şərqin ən iri və ən müasir tibbi nüvə mərkəzinin açılış mərasimində çıxışında bunları bildirib: “Bundan sonra Rəzəvi xəstəxanası xərçəng üzrə diaqnoz və müalicə sahəsində dünyanın ən müasir texnologiyasından faydalanaraq regionun əsas müalicə qütblərindən biri olacaq”.

Məşhədin Rəzəvi xəstəxanası 7 ağıllı sistemə malik cərrahiyə palatasına malik olaraq, əməliyyat zamanı Almaniya və ABŞ-ın ən birinci universitetləri ilə birbaşa əlaqədə ola bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR