Abbas Abbasov: “Hesab edirəm ki, İlham Əliyev ləyaqətli xalqın ləyaqətli seçimidir” - VİDEO

Abbas Abbasov: “Hesab edirəm ki, İlham Əliyev ləyaqətli xalqın ləyaqətli seçimidir” - <span style="color: red;">VİDEO
# 04 oktyabr 2013 10:54 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri “Azerros” analitik informasiya portalına müsahibəsində Rusiyadakı “AzərRos” Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov deyib.

A. Abbasov bildirib ki, 1991-ci ildən bəri Azərbaycan demokratik inkişaf yolunda böyük yol qət edib və bu hərəkət ardıcıl olub: “Mən hesab edirəm ki, bu gün ölkənin inkişafı və tərəqqisinin əsas şərti sabitlik və Azərbaycanın inkişaf kursunun varislik prinsipidir. Qurulmuş olanlar dağıdılmamalıdır. Mənim fikrimcə, kurs düzgün seçilib və davam etdirilməlidir. Məhz bu, Heydər Əliyevin əsasını qoyduğu demokratik vətəndaş cəmiyyətini qorumağa imkan verəcək. Biz onun xatirəsinə layiq olmalıyıq. Hamımız seçkiyə gedərək səs verməliyik. Hesab edirəm ki, İlham Əliyev ləyaqətli xalqın ləyaqətli seçimidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR