ABŞ-da gecə klubunda atışma olub: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

ABŞ-da gecə klubunda atışma olub: 2 nəfər ölüb, 6 nəfər yaralanıb
# 29 dekabr 2013 03:39 (UTC +04:00)

Bakı-APA. Ötən gün ABŞ-ın Montqomeri ştatında (Alabama ştatı) naməlum şəxs gecə klubuna silahlı basqın edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, insident nəticəsində 21 və 22 yaşında olan 2 gənc ölüb. Onlardan biri hadisə yerində ölüb, digəri isə gənc rep ifaçısı Qlen Tomas (“Doe B” təxəllüsü ilə çıxış edir) aldığı güllə yaralarından xəstəxanada keçinib. Atışma nəticəsində daha 6 nəfər yaralanıb, onların vəziyyətinin stabil olduğu bildirilir.

Polis hələlik atəş açanın şəxsiyyətini müəyyən etməyib. Hücumun motivləri məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR