Putin: “İran məsələsində tərəqqi əldə olunmasında ABŞ Administrasiyasının praqmatik mövqe nümayiş etdirməsinin də əhəmiyyətli dərəcədə rolu olub”

Putin: “İran məsələsində tərəqqi əldə olunmasında ABŞ Administrasiyasının praqmatik mövqe nümayiş etdirməsinin də əhəmiyyətli dərəcədə rolu olub”
# 19 dekabr 2013 12:59 (UTC +04:00)

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada keçirdiyi mətbuat konfransında deyib.

“Yaddan çıxarmamalıyıq ki, ABŞ Administrasiyası müxtəlif qüvvələrin, o cümlədən İsrailin mövqeyini daim önə çəkən Konqresin əhəmiyyətli bir hissəsinin təsiri altındadır”, - deyə V. Putin bildirib. .

O bəyan edib ki, İran Rusiyanın regiondakı əsas tərəfdaşlarından biridir: “Biz İranla bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”.

V. Putin İrana qarşı sanksiya tətbiqini düzgün qərar saymadığını bildirib: “Bu, problemin həlli baxımından effektli deyil. İran xalqının öz yüksək texnologiyalarını, o cümlədən sülh məqsədli nüvə proqramını inkişaf etdirməsinə imkan vermək lazımdır. Beynəlxalq ictimaiyyətin İrana qarşı diskriminasiya xarakterli tələblər irəli sürmək hüququ yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR