“Elm haqqında” qanun layihəsi Milli Məclisin ilk plenar iclasında müzakirəyə çıxarılacaq

“Elm haqqında” qanun layihəsi Milli Məclisin ilk plenar iclasında müzakirəyə çıxarılacaq
# 17 avqust 2013 09:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Artıq bir neçə ildir Azərbaycanda müzakirəsi təxirə salınan “Elm haqqında” qanun layihəsi Milli Məclisin sentyabrda 30-da keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq. Parlamentdən APA-ya verilən məlumata görə, layihə sentyabrın ortalarında parlamentin Elm və təhsil komitəsində müzakirə olunacaq.

Layihə ətrafında bütün məsələlər həll olunub, ötən sessiyada müzakirənin təxirə düşməsinə səbəb isə maliyyə təminatı ilə bağlı bəzi məsələlər olub ki, bunu da Milli Məclis Maliyyə Nazirliyi ilə birgə artıq həll edib.

Qeyd edək ki, layihədə Azərbaycanın elm sahəsi ilə bağlı yeniliklər, alimlərin sosial rifahı üçün güzəştlər və sair məsələlər öz əksini tapıb. Qanun layihəsində Azərbaycanda magistratura və doktorantura pilləsində təhsil alan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR