Rövnəq Abdullayev “Bulla-Dəniz” yatağında baş verən qəza ilə bağlı görülən son işlərdən danışıb

Rövnəq Abdullayev “Bulla-Dəniz” yatağında baş verən qəza ilə bağlı görülən son işlərdən danışıb
# 21 oktyabr 2013 15:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. ““Bulla-Dəniz” yatağında baş verən qəzanın qarşısının alınması artıq son mərhələdədir. Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə ABŞ şirkəti əsas işləri görüb. Artıq quyunun üzəri üçün nəzərdə tutulmuş 40 tonluq kranların gətirilməsinin son işləri icra olunur”.

APA-Economics” xəbər verir ki, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, quyuda boru xətlərinin, lülələrin yığılması işləri yekunlaşdırılıb.

“Artıq son mərhələ olaraq 40 tonluq kranların quyunun üzərinə qoyulması mərhələsinə başlayacağıq. Bu işlərə sabah start verəcəyik. Bu, böyük və ağır iş idi”, - deyə R. Abdullayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR